(+994 12) 488 07 83
(+994 55) 289 62 62

Haqqımızda

"Zaferoğlu İnşaat"-ın əsas fəaliyyət istiqamətləri təmir, tikinti və dizayndır. Şirkət yarandığı vaxtdan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, layihələri uğurla sona çatdırmış və böyükmüştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət şirkətimizə qəbul etdiyi sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil verməsinə imkan yaradır. Fəaliyyətimiz boyunca əldə etdiyimiz nəticələr qiymətləndirici şirkətlər tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir. 
 
Təmir və dizayn nominasiyası üzrə London, Nyu York və Dubay kimi nəhəng biznes mərkəzlərində beynəlxalq mükafatlara layiq görülən Zaferoğlu İnşaat təkmilləşdirilmiş təmir planı əsasında beynəlxalq keyfiyyət standartlarına cavab vermiş, onlarla ictimai və şəxsi obyektlərin hazırlanmasını həyata keçirmişdir. İşçi heyətimizin hər bir üzvü - dizaynerlər, layihə menecerləri, iş icraçıları öz sahələri üzrə geniş biliyə və dərin təcrübəyə malikdirlər. Şirkətimizdə mütəmadi olaraq təşkil edilmiş kurs və dərnəklərə ustalar və digər sahələrin mütəxəssisləri tərəfindən iş keyfiyyətinin artırılması üçün attestasiyalar edilir. 
 
İnşaat sektorunda uğur qazanmış "Zaferoğlu İnşaat" indi də özünü tədrisdə təsdiqləyir. Artıq bu işin sirlərinə yiyələnmək istəyənlər, dizayn və memarlıq sahəsində uzun müddət çalışan mütəxəssislərimizdən dərs ala biləcəklər.
“Zaferoglu Akademy”də interyer, eksteryer, landşaft, layihələndirmə, konstruksiya, dizayn və memarlıq sahələri üzrə mütəxəssis hazırlığı həyata keçirilir. İxtisasından, peşəsindən asılı olmayaraq, istəyi və qabiliyyəti olan hər kəs kurslara qatıla bilər. Kursu fərqləndirən əsas amil dərslərin “Zaferoglu İnşaat”ın professional dizayner, memarlar, proqramçılar tərəfindən tədris olunmasıdır. Onlar tələbələrə dərsliklərdə yazılmayan bilikləri verirlər, öz təcrübələri ilə bölüşürlər. Kursumuzda nəzəriyyə ilə yanaşı, praktika da keçiriləcək.  “Zaferoglu Academy”də siz memarlıq və dizayn (3DsMax, V-Ray, AutoCad),  Poliqrafiya dizaynı (Adobe Photoshop, CorelDRAW), Animasiya və modelləmə (3DsMax, Vray, After effect), Web dizayn (Photoshop, HTML, CSS, Illustrator), Web proqramlasdırma (PHP, JavaScript, MySQL), Rəssamlıq və İT kurslarına qatıla bilərsiniz.
 
best