(+994 12) 488 07 83
(+994 55) 289 62 62

Kurslar

Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər.

Autodesk 3ds Max, (keçmiş 3D Studio MAX), Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan video oyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur.

CorelDraw - qrafik redaktor. Vektor qrafikası ilə işləmək üçün istifadə olunur. CorelDraw proqramı əsasən rəssam və dizaynerlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Proqramdan istifadə etmək üçün onun imkanlarından istifadə etməyi bacarmaqla yanaşı rəssamlıq, dizayn və müxtəlif illüstrasiyaları yerinə yetirmək bacarığı da olmalıdır.

Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur .

3Ds MAX proqramında çəkilmiş modelin, interyerin, eksteryerin və landşaftın render olunub real foto şəkilə çevirməyi Vray proqramının köməyi ilə olur.

PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir. PHP Əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir.

HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.

JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlşdırma dilidir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir.