(+994 12) 488 07 83
(+994 55) 289 62 62

Müəllimlər

Baxışov Firdovsi



Memarlıq və İnşaat Universitetinin məzunu olub. Magistr təhsilini xaricdə alib. Azərbaycanda 600-dən çox məktəb, hündürmərtəbəli binalar, inzibati binalar və digər böyük lahiyələrin konstruktiv müəllifidir. Rəssamlıq Akademiyasinda Konstruktor muallimi kimi calışır. Səudiyyə Ərəbistanı, Ukrayna, Dubay və başqa xarici ölkələrdə lahiyələr yerinə yetirib. “Zaferoqlu İnşaat”da icracı direktor və “Zaferoglu Academy”də konstruktor müəllimi kimi çalışır.

Cavadov Şıralı



Memarlıq və İnşaat Universitetinin dizayn fakültəsinin məzunudur. Uzun illər dizayner kimi fəaliyyət göstərib, 2014cü ildə “Zaferoglu İnşaat”da çalışmağa başlayıb. 2016cı ildə baş dizayner vəzifəsinə təyin edilib. Hal-hazırda “Zaferoglu İnşaat”da baş dizaynerdir və “Zaferoglu Academy”də müəllim kimi işləyir. Tədris zamanı “Zaferoglu İnşaat”da əldə etdiyi təcrübəsini tələbələri ilə bölüşür. Bir çox layihələrə imza atıb, fərdi işləri var. 3DsMax, V-Ray, AutoCad, Adobe Photoshop, CorelDRAW, İllustrator və digər proqramları yüksək səviyyədə bilir.

Səlimli Taleh



Əzim Əzimzadə adına incəsənət kollecini bitirib. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Turkiyədə, Almaniyada və diger xarici ölkərdə çalışaraq tələbələrə öz biliklərini tədris edib. Rəssamlar İttifaqının üzvüdür. “Zaferoglu İnşaat”ın təmir etdiyi mənzillərdə rəsm əsərlərinin müəllifidir.

Aşumov Əli



Bakı Dövlət Universitetinin məzunu olub. Magistr təhsilini də həmin universitetdə alıb. Uzun müddət WEB proqramçı vəzifəsində müxtəlif şirkətlərdə çalışaraq baş proqramçı vəzifəsinə yüksəlib. Daha sonra biliklərini tədris edərək bir sıra tədris mərkəzlərində çalışıb. Hal-hazırda “Zaferoglu İnşaat” şirkətində WEB proqramçı və müəllim kimi çalışır. HTML, CSS, PHP, MYSQL, JS, Photoshop və sair proqramları mükəmməl bilir. Tədris zamanı tələbələrə dərsliklərdə yazılmayan bilikləri verir.

Haqverdiyev Nurlan



Qərb Universitetinin məzunudur. Tələbə vaxtından “Zaferoğlu İnşaat”da praktika keçib. Universiteti bitirdikdən sonra “Zaferoğlu İnşaat”da memar kimi çalışmağa başlayıb. 2015-ci ildən baş memar vəzifəsinə təyin olunub. Bir çox layihələrin müəllifidir. Hal-hazırda şirkətdə çalışır və “Zaferoğlu Academy”də dərs deyir. Bir çox proqramları yüksək seviyyədə bilir: Archicad, Autocad, 3DsMax, Corol Draw, V-Ray, Photoshop və s.